Qarabağ icması “Chatham House”da iştirak edəcək?

Qarabağ icması “Chatham House”da iştirak edəcək?
  13 İyul 2015    Oxunub:2230
“Azərbaycan təmsilçilərinin “Chatam House”da çıxış etməsi mümkündür. Biz bunu gözləyirik. Bütün imkanlardan istifadə edəcəyik ki, buna nail olaq”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili, “Qarabağın Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü Rövşən Rzayev “Chatam House” təşkilatı ilə icmanın görüşməsi haqqında fikirləri şərh edərkən deyib.

Millət vəkili bildirib ki, İngiltərə kimi nüfuzlu dövlətin Azərbaycana qarşı birtərəfli mövqeyi düzgün deyil.

“Mütləq qaydada ikinci tərəfin də mövqeyini öyrənməkləri həm özləri, həm də ümumilikdə bu məsələlər üçün çox vacib haldır. Bu istiqamətdə Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən müəyyən işlər aparılıb. Dəfələrlə İngiltərdə görüşlərdə icma İngiltərənin xarici işlər nazirliyinə müraciət edib. Parlamentlə də görüşmək istəyirik. Və bundan sonra da “Chatam House” təşkilatı ilə də görüşlər axtarırıq. Düşünürəm ki, bu şərait yaradılacaq. Biz həmin yerdən mövqeyimizi istəyirik”-deyə R.Rzayev vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti