Ermənilər indi də təndirə`yiyələnib` - VİDEO
Xatırladaq ki, ötən il ermənilər lavaş təxribatına əl atmışdılar. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycanın etirazı nəticəsində UNESCO Konvensiyasının tələblərinə uyğun lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğu qəbul edilib.
Ermənistan ərazisində təndir ola bilər. Lakin orada hər hansı bir mətbəx nümunəsinin olması və ya hazırlanması, onun erməni millətinə məxsus olması anlamına gəlmir.
Bunu anlamaq üçün Azərbaycan mətbəxinin yaranma yerinə nəzər salmaq da kifayətdir.
Belə ki, Azərbaycan mətbəxi indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim əraziləri, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaranıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


