DSX 3 balıqçını xilas edib

DSX 3 balıqçını xilas edib
  13 İyul 2015    Oxunub:2220
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Müha­fi­zə­si­nin “Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olub.
DSX-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dənizçi sərhədçilər tərəfindən həyata keçi­rilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Feyruz Dadaş oğlu, Süleymanzadə Şəhriyar Əlövsət oğlu və Dadaşov Emin Rafiq oğlu xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarılıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti