İlham Əliyev “Facebook”da sualları cavablandıracaq

İlham Əliyev “Facebook”da sualları cavablandıracaq
  06 İyun 2013    Oxunub:1032
Azərbaycan prezidenti İlham Əliyev “Facebook” səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.

AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin rəsmi “Facebook” səhifəsində elan yerləşdirilib.

Elanda bildirilir:

“2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edilib: “Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq”.


Teqlər:  





Xəbər lenti