Prezident qiymətlərlə bağlı tapşırıq verdi

Prezident qiymətlərlə bağlı tapşırıq verdi
  13 İyul 2015    Oxunub:3733
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının daha da sürətləndiyini bildirib, turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlarını verib.

Prezident daha sonra qeyd edib ki, birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi.

"Bu Oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi, bu isə ölkəmizin gücünü və potensialını göstərdi”, - deyən dövlətimizin başçısı bildirdi ki, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanan idmançılarımız Azərbaycanın həm də idman ölkəsi olduğunu sübut etdilər və birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi.


Teqlər:  



Xəbər lenti