Monitorinq insidentsiz ötüşüb

Monitorinq insidentsiz ötüşüb
  06 İyun 2013    Oxunub:1175
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün qoşunların Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
Azərbaycan tərəfdən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.

Təmas xəttinin əks tərəfində isə müşahidəni ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Yevgeniy Şarov aparıblar.

Monitorinq təyin edilmiş qrafik üzrə keçirilib. Atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.


Teqlər:





Xəbər lenti