Bu gün qəbul imtahanıdır

Bu gün qəbul imtahanıdır
  14 İyul 2015    Oxunub:2132
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

TQDK abituriyentlərə müraciət edərək imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməyi unutmamağı tövsiyyə edib. Bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa imtahana buraxılmayacaqsınız.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və həmin abituriyentlər imtahan binasına buraxılmayacaqlar.


Teqlər:



Xəbər lenti