Sabahın hava proqnozu: 38 dərəcə isti, yağış

Sabahın hava proqnozu: 38 dərəcə isti, yağış
  14 İyul 2015    Oxunub:2301
Sabah iyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.


Teqlər:  



Xəbər lenti