İlham Əliyevdən 5 min evsiz ailəyə müjdə

İlham Əliyevdən 5 min evsiz ailəyə müjdə
  14 İyul 2015    Oxunub:16056
“Azərbaycanın İpoteka Fonduna 200 milyon manat ayrılması 5 min ailənin sosial ipotekadan istifadə etməklə mənzil problemini həll etməyə imkan verəcək. Bundan başqa sosial ipotekadan istifadə edənlərin sayında da kəskin artım olacaq”.

Bunu AzVision.az-a iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılması ilə bağlı ölkə başçısının ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışına münasibət bildirərkən deyib.

V.Bayramovun fikrincə, sosial ipoteka proqramı güzəştli ipoteka kreditləri olmaqla 4 %-lə sosial təminata ehtiyacı olan insanlara təklif olunur. Sosial ipotekaya ayrılan vəsaitlərin 200 milyon manata çatdırılması o deməkdir ki, bu istiqamətdəki vəsaitlərin həcmi 4 dəfə artırılacaq.

“2015-ci ildə sosial ipoteka kreditləri üçün 50 milyon manat nəzərdə tutulmuşdu, bu əvvəlki illərlə müqayisədə 25 % çox idi. Bu istiqamətdə məbləğ 2014-cü ildə 40 milyon idi. İpoteka proqramı çərçivəsində sosial ipoteka kreditləri üçün 200 milyon ayrılması ən yüksək göstərici kimi qiymətləndirilməlidir”.



İqtisadçı onu da qeyd edib ki, sosial ipoteka proqramının daha əlçatan olması üçün Mərkəzi Bankın da kreditləşməni təkminləşdirməsi və vətəndaşların bu kreditlərə əlçatanlığının artırılması ilə bağlı fəaliyyətlərini genişləndirməlidirlər: “İyun ayından başlayaraq sosial ipoteka kreditləri daxil olmaqla ipoteka kreditləri üçün ödəniş banklar tərəfindən 40 %-dək artırılıb.

Hətta bəzi banklar 50% ilkin ödəniş tələb ediblər. Aztəminatlı vətəndaşların ipoteka kreditlərinin səmərəli istifadəsinə əngəllər yaradır. Ona görə də biz ilkin ödənişlərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi və 20%-in minimum deyil, maksimum məbləğ kimi göstərilməsini təklif edirik. Bu zaman kommersiya bankları vətəndaşlardan daha yüksək ilkin ödəniş tələb edə bilməyəcəklər. Xüsusən sosial ipoteka kreditlərinin verilməsi üçün ilkin ödənişin bəzi aztəminatlı gənc ailələr üçün aradan qaldırılması məqsədilə İpoteka Fondu yanında Zəmanət Fondunun formalaşması, həm də Mərkəzi Bankın uzunmüddət müzakirə etdiyi əmanət tikinti banklarının formalaşdırılmasına ehtiyac var ki, vəzətndaşlar həmin qurumların vəsaitlərindən istifadə etməklə ilkin ödənişi qapada bilsinlər. Regionlar üçün də ipoteka kreditlərinin həcminin atrırılması üçün də minimum kreditlərin müəyyən edilməsinə ehtiyac var.

Təklif edirik ki, ayrılan kreditlərin ən azı 50 %-nin regionlara verilməsi təmin olunsun. Bu zaman banklara imkan verəcək ki, toplanan vəsaitlərin yarısı məhz regionlardan gələcək”.

V. Bayramovun sözlərinə görə, İpoteka Fonduna ayrılacan 200 milyon manat kifayət qədər ciddi rəqəmlə ifadə oluna biləcək artımdır. Bu da sosial ipoteka kreditləşdiilməsində yeni mərhələnin başlanğıcını qoyacaq.

Ekspert gənc ailələr üçün sosaila evlərin yaradılması ilə bağlı hüquqi bazanın olduğunu deyir. O, bildirib ki, Rusiya və Türkiyə təcrübəsi göstəriri ki, aztəminatlı gənc ailələrin daha aşağı aylıq ödənişlərin alımasını mümkün edir: “Sosial evlər formalaşan zaman bu işlərə vəsait ayrılır, ayrılan vəsaitlərin rezervasiyası şirkətlərə təqdim olunur. Bələdiyyə və dövlət torpaqları təklif olunur ki, həmin torpqlarda yaşayış binalarının inşası həyata keçirilsin. Belə olan halda vətəndaş artıq kifayət qədər aşağı ödənişlə ay ərzində 140 manat ödənməklə 2 otaqlı mənzilə sahib olmaq hüuqu qazanır. Məzilin xərci təqdim olunan müddətdə ayların sayına bölünür və aylıq ödəniş məbləği hesablanır. Gənc ailə həmin evdə qalaraq ödəniş edir.

Sosial mənzil fondunun yaradılması qanunvericilikdə var. Azərbaycanda bunun reallaşdırılamsı üçün maliyyə təminatı var. Çünki Azərbaycan iqtisadiyyatı maliyyə təminatı formalaşdırır, hüquqi baza və infrastruktur var. Odur ki, prezidentin də dediy kimi Azərbaycan artıq sosial mənzil fondunu formalaşdırmqla gənc ailələrin mənzillə təminatında yeni və kifayət qədər humanitar mərhələyə qədəm qoya bilər”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacağını bildirib .

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti