Paytaxtın giriş yolu təmir olundu

Paytaxtın giriş yolu təmir olundu
  14 İyul 2015    Oxunub:2268
Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyindən AzVision.az - a verilən xəbərə görə, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. Təmir işləri qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.


Teqlər:  



Xəbər lenti