Ermənilər ruslara “Rədd ol!” dedi

  06 İyun 2013    Oxunub : 511
Ermənilər ruslara “Rədd ol!” dedi
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib.
Təxminən 20 nəfərlik qrup Rusiyanın İrəvandakı səfirliyi qarşısına toplaşaraq, "Qazprom"un mavi yanacağın qiymətini artırmasına qarşı etiraz edib. Əllərindəki “Rusiya, Ermənistandan rədd ol!", "Qazprom Ermənistandan rədd olsun!" şüarları yazılan plakatlar saxlayan ermənilər Rusiya səfirinə məktub təqdim ediblər.

Sənəddə qazın qiymətinin müzakirəsini təxirə salmaq üçün müdaxilə etmək xahiş olunur. Qeyd edək ki, Ermənistan Rusiyadan idxal etdiyi qazın min kubmetrinə görə 180 dollar ödəyirdi. Bundan sonra isə 270 dollar ödəməli olacaq.

Səbinə Həsənova
AzVisiobn.az

Teqlər: