Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək

Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək
  14 İyul 2015    Oxunub:1956
Baş Prokuror Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək.
Respublika Prokurorluğunun mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il iyulun 24-də saat 11:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:



Xəbər lenti