`Bakı bulvarı genişləndiriləcək` - Rövnəq Abdullayev

`Bakı bulvarı genişləndiriləcək` - Rövnəq Abdullayev
  14 İyul 2015    Oxunub:3600
“Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri aparmaqla onun ömrünü 2030-cu ilə qədər uzatmaq qərarına gəldik”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihənin maliyyələşdirilməsi məqsədlə Mərkəzi Bank vasitəsilə dövlət zəmanəti əsasında kreditin ayrılması üçün SOCAR artıq hökumətə müraciət edib:

“Dövlət zəmanəti və gələcəkdə dövlət büdcəsindən ayrılmaq şərti ilə təxminən 1,2 mlrd. manata yaxın kredit cəlb olunacaq. Bu məsələ ilə bağlı artıq hökumətə müraciət etmişik.

Gələn ildən bu işlərə başlayacağıq ki, 2017-2018-ci ilə artıq Heydər Əliyev adına neft emalı zavodunun həm tutumunu artıraq, həm də "Avro-5" standartlarına uyğun məhsul istehsal edək. Bununla yanaşı, altıya yaxın qurğunun tikilməsi ilə “Azerneftyağ” zavodunun işini dayandırmağa və o ərazinin boşaldılmasına nail olacağıq. Bununla da, Bakı bulvarının ərazisi genişləndiriləcək”.


Teqlər:  





Xəbər lenti