Bakıda türk vətəndaşı qətlə yetirilib

Bakıda türk vətəndaşı qətlə yetirilib
  06 İyun 2013    Oxunub:1210
44 yaşlı türk vətəndaşı Alim Məmmədli 15 bıçaq zərbəsi ilə öldürülüb
Hadisə paytaxtın Azərbaycan prospekti, ev 23, mənzil 20 ünvanında qeydə alınıb.

Məlumata görə , Alim Məmmədli bir müddət Göyçay rayonunda yerləşən kərpic zavodunun direktoru vəzifəsində çalışıb. Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Türkiyə qəzetlərində yer alan xəbərlərə görə, Alim Məmmədli sayılıb-sevilən biznesmenlərdən olub və 15 ildən çox TÜSİAB -ın üzvü olub. Mərhumun bu günə kimi heç kimə borcu olmadığı qeyd olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti