Nazpəri İlhamənin 25 min pulunu verdi

Nazpəri İlhamənin 25 min pulunu verdi
  14 İyul 2015    Oxunub:3272
Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat təzminat borcunu tam ödəyib.
AzVision.az xəbər verir ki, bunu aznews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.

Vəkilin sözlərinə görə, N.Dostəliyeva, təzminat pulunu ödəməklə yanaşı İlhamə Quliyevadan üzr də istəməlidir.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub.

Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.


Teqlər:  





Xəbər lenti