Millət vəkili uşaqlara kitab bağışladı

Millət  vəkili uşaqlara kitab bağışladı
  14 İyul 2015    Oxunub:3297
Millət vəkili Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən olan Cəlillidə uşaqlar, gənclər üçün "Kitablar ən etibarlı dostlardır" adlı tədbir keçirib.

Bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu deyib, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər.

Tədbirdə qarşıdan gələn Ramazan bayramı münasibətilə uşaqları təbrik edərək onlara uğurlar diləyən, onlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. O, uşaqla ayrıca söhbət edib, onlara imzalı kitablarını hədiyyə edib.


Teqlər:





Xəbər lenti