Sabah bu rayonlar qazsız qalacaq

Sabah bu rayonlar qazsız qalacaq
  15 İyul 2015    Oxunub:2611
“Qaz İxrac” İdarəsinin Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Trend-in verdiyi məlumata əsasən, iyulun 15-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Səngəçal”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Əhmədbəyli” və “Horadiz”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Şəmkir” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şəmkir və Füzuli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Təmir işlərinin Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:



Xəbər lenti