Lukaşenko Polad Bülbüloğlunu mükafatlandırdı

Lukaşenko Polad Bülbüloğlunu mükafatlandırdı
  15 İyul 2015    Oxunub:2337
Görkəmli ictimai xadim və diplomat, Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri, "Vitebsk-2015" XXIV Beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu Belarus prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatına layiq görülüb.
"İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatını Polad Bülbüloğluna "Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən təqdim edib.

Polad Bülbüloğlu yaradıcılığına verilən yüksək qiymətə görə təşəkkürünü bildirib: "Əminəm ki, bu hadisə Azərbaycan-Belarus dostluğunun, iki xalq arasında mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə və gələcək inkişafına xidmət edəcək".

O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarusun mədəniyyət naziri Boris Svetlova təşəkkür edib. (ans)


Teqlər:  





Xəbər lenti