Dənizdən kişi meyiti tapıldı

Dənizdən kişi meyiti tapıldı
  15 İyul 2015    Oxunub:2337
Bakı şəhər Xətayi rayon sakini 1957 - ci il təvəllüdlü Seymur Əmir oğlu İsmayılov dənizdə çimərkən batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.
Xaçmaz Rayon Polis İdarəsinin rəisi Valik Vəlimətov ANS PRESS- in şimal bölgə müxbirinə hadisəni təsdiqləyib və qeyd edib ki, meyit tibbi ekspertiza edilməsi üçün Xaçmaz morquna təhvil verilib.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, Seymur İsmayılov xəstəxanaya çatdırılanda artıq keçinmişdi.
İlkin ehtimallara görə mərhum çimərkən boğulub lakin, dəqiq səbəbin araşdırılması üçün Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:



Xəbər lenti