`Abbas Abbasova cinayət işi açılmalıdır`

`Abbas Abbasova cinayət işi açılmalıdır`
  16 İyul 2015    Oxunub:3702
`İstiqlal` ordeni ondan geri alınmalıdır.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun ünvanına ağır ittihamlar səsləndirib.

Diplomat qeyd edib ki, A.Abbasov ermənilərlə işbirliyi qurub və bununla bağlı əlində konkret faktlar var: “Rusiyada erməni lobbisi güclüdür. Və onlar Rusiya-Azərbaycan dostluq münasibətlərinin, azərbaycanlıların diasporunun inkişafında maraqlı deyillər. Aydın məsələdir ki, onlar Azərbaycanın bütün uğurlarına qısqanclıqla yanaşırlar. Abbasovun onlarla razılaşması var ki, əgər Azərbaycanda hakimiyyətə gələrsə, onların maraqlarının qorunmasında müəyyən güzəştlər edəcək. Onun bir çox ölkələrin erməni diasporu liderləri ilə görüşməsi, Fransada danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olacağı barədə razılıq əldə edib”.



Səfirin bu açıqlamasında yer alan ittihamlara münasibət bildirən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd edib ki, A.Abbasov dövlətçlik əleyhinə çıxdığı üçün “İstiqlal” ordeninə layiq deyil və bu mükafat ondan geri alınmalıdır.

““İstiqlal” ordeninin sahibi istiqlala, Azərbaycan dövlətçiliyinə sədaqətli olmalıdır. Ordenin sahibi olan Abbas Abbasov hər addımında üzərində olan bu məsuliyyəti dərk etməlidir. Bu məsuliyyətdən irəli gələn orden daşıyıcısı yalnız Azərbaycan dövlətçiliyi naminə çalışmalıdır. O isə tam əksinə fəaliyyət göstərir”.



Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Azərbaycan hökuməti Abbas Absovun anti-Azərbaycan fəaliyyətini bağışlamamalıdır: “Bu adam Ayaz Mütəllibova, Vəzirova, Heydər Əliyevə xəyanət edib. İndi də İlham Əliyevə qarşı mübarizə aparırır. Göründüyü kimi bu adamın bir yerdə durmaq niyyəti yoxdur. Hər vasitə ilə Azərbaycandakı sabitliyi pozmaq və yarana biləcək qarışıqlıqdan istifadə edərək nəyəsə nail olmaq istəyir. Buna da nail ola bilməz.

Kimdir Abbas Abbasov? Onun kimilər Azərbaycan hakimiyyətinin yanından yel olub keçə bilməz”.

Q.Hüseynlinin sözlərinə görə, A. Abbasova qarşı cinayət işi açılmalıdır: “Onunla bağlı cinayət işi başladılmalıdır. Abbas Abbasovun birinci müavin olarkən etdiyi əməllər, Surət Hüseynovla əlaqələri, 4 oktyabr dövlət çevrilişinə cəhdlə bağlı əməlləri araşdırılmalıdır. Sonra onun Rusiyadan anti-Azərbaycan hərəkətləri araşdırılmalı və ölkəyə geri verilməsi tələb edilməlidir.

“İstiqlal” ordeni şəxsi mənafeyini hər şeydən üstün tutan adamlar üçün əlavə bir mükəlləfiyyət gətirmir. Belə adamlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün hər şeyin üstündən basıb keçər. Bu mənada ordem ondan alınmalıdır. Abbas Abbasov bu ordeni öz məkrli niyyətlərinə qurban verməyə hazırdır. Bu adam haqqında “İstiqlal” ordeni, mənəvi dəyərlər anlayışı çoxdan ölüb. Hesab edirəm ki, ona verilən” İstiqlal” ordeni də geri alınmalıdır”, -deyə Q. Hüseynli vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti