Bakıda polis polkovniki qəzaya düşdü

Bakıda polis polkovniki qəzaya düşdü
  16 İyul 2015    Oxunub:5298
Bakıda yol qəzası qeydə alınıb.
Qəza Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Azad Əhmədovun idarə etdiyi, 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Şıxəliyevin idarə etdiyi 90-AP-982 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı xidməti avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. (Apa)


Teqlər:  



Xəbər lenti