Muzdla işləyənlərin maaşı artıb

Muzdla işləyənlərin maaşı artıb
  16 İyul 2015    Oxunub:2994
2015-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 454,8 manat təşkil edib.
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Komitənin məlumatına görə, əmək haqqı neft sektorunda 2047,5 manat, qeyri-neft sektorunda 415,5 manat, dövlət bölməsində 351,8 manat, özəl bölmədə 599,0 manat təşkil edib.

Qeyd edək ki, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az


Teqlər:  



Xəbər lenti