İki nəfər suda boğulub

İki nəfər suda boğulub
  16 İyul 2015    Oxunub:2574
Azərbaycanda iki nəfər suda boğularaq ölüb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Seymur İsmayılov iyulun 15-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki dəniz çimərliyində çimərkən boğulub.

Həmçinin ötən gün Tərtər rayonunun Evoğlu kəndində suda boğulma faktı qeydə alınıb. Rayonun Ələsgərli kənd sakini Ayxan Bağırzadə su kanalında çimərkən boğulub.

Hər iki şəxsin cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti