Bu mağazalara getməyin - SİYAHI

Bu mağazalara getməyin - SİYAHI
  16 İyul 2015    Oxunub:2830
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda

- Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, 24 ünvanında Telman Nərimanova məxsus mağazada;

Goranboy rayonunda

- Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsində Afət Teyyubova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

- Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 1A ünvanında Lətif Əzizova məxsus mağazada;

Nərimanov rayonunda

- Z.Bünyadov küçəsi, 32 ünvanında Fəridə Abdulsalamovaya məxsus mağazada;

Göygöl rayonunda

- Aşıqlı kəndi, Göygöl-Toğana yolunda Təvəkgül Həsənova məxsus yeməkxanada;

Beyləqan şəhərində

- RTS qəsəbəsində Beyləqan rayon İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin İctimai İaşə Müəssisələri Birliyinə məxsus yeməkxanada;

Ağsu şəhərində

- Vidadi küçəsində Etibar Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nərimanov rayonunda

- Ə.Əliyev küçəsi, 26 ünvanında Fəxrəddin Səmədova məxsus mağazada;

Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Xudu Bədəlova məxsus mağazada;

Sabunçu rayonunda

- Sabunçu qəsəbəsi, Natəvan küçəsində Ayaz Həsənova məxsus mağazada;

- Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, 28V/1 ünvanında Rəfiqə Xıdırovaya məxsus mağazada;

- Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 12/1 ünvanında Rusif Məmmədova məxsus mağazada;

Xətai rayonunda

- Zığ şosesi, 2929-cu məhəllə, 86 ünvanında Bənövşə Paşayevaya məxsus mağazada;

Abşeron rayonunda

- Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində Əyyar Baqışova və Xatirə Şəfiyevaya məxsus mağazalarda;

Goranboy şəhərində

- Vaqif küçəsində Elvin Qasımova məxsus mağazada;

Ağdaş rayonunda

- Ləki qəsəbəsi, Sabir küçəsində Elşad Yusifova məxsus mağazada;

Ağcabədi şəhərində

- Qarabağ küçəsində Röya Gülmalıyevə məxsus mağazada;

Beyləqan şəhərində

- RTS qəsəbəsində Kamal Əliyevə məxsus mağazada;

Quba rayonunda

- Qəçrəş kəndində Hörmət Xaspulatova məxsus mağazada;
- Quba şəhəri, F.Xoyski küçəsində Yalçın İskəndərova məxsus mağazada;

Qusar şəhərində

- Qusar çayının sağ sahilində Yusif Əzizova məxsus kafedə saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti