Gürcüstan-Azərbaycan sərhədində gərginlik
Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb.
Bildirilir ki, sərhəddə 2000-ə yaxın insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Artıq 3 saatdır burada gözləyənlər də var. Lakin, insanlar qarşı tərəfə buraxılmır. Məntəqədən növbənin dəyişildiyi deyilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


