Gürcüstan-Azərbaycan sərhədində gərginlik

Gürcüstan-Azərbaycan sərhədində gərginlik
  17 İyul 2015    Oxunub:3582
Sərhəddə 2000-ə yaxın insan toplanıb.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunması bayram və istirahət günləri ilə bağlıdır.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Qeyd edək ki, Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb.

Bildirilir ki, sərhəddə 2000-ə yaxın insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Artıq 3 saatdır burada gözləyənlər də var. Lakin, insanlar qarşı tərəfə buraxılmır. Məntəqədən növbənin dəyişildiyi deyilir.

AzVision.az




Teqlər:  



Xəbər lenti