Rusiya və Azərbaycan xarici işlər naziri görüşür- Yenilənib

Rusiya və Azərbaycan xarici işlər naziri görüşür- Yenilənib
  17 İyul 2015    Oxunub:2820
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasında səfərdədir.
Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

Görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur.

S. Lavrov azərbaycanlı həmkarını Moskvada görməkdən məmnunluğu ifadə edib. O, eyni zamanda ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını da söyləyib. S. Lavrov görüşün ölkə prezidentlərinin xarici işlər nazirlərinin qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.

E. Məmmədyarov isə öz növbəsində onu Moskvaya səfərə dəvət etdiyinə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bugünkü görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq.(apa)



Teqlər:  



Xəbər lenti