Təbiət möcüzəsi - Yumurtadan 4 ayaqlı cücə çıxdı

Təbiət möcüzəsi - Yumurtadan 4 ayaqlı cücə çıxdı
  18 İyul 2015    Oxunub:3917
Lənkəranda şəxsi təsərrüfatların birində təbiət möcüzəsi baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini Zəminə Feyzullazadənin basdırdığı ördəyin çıxardığı balalardan birinin 4 ayağı var. Maraqlıdır ki, iki ayağı üstə yeriyən 25 günlük bala digər balalar kimi normal qidalanır, qaçış sürətinə görə o birilərindən heç də geri qalmır.

Təsərrüfat sahibi həyatında ilk dəfə belə hadisə ilə rastlaşdığını bildirib.

Mütəxəssislərin fikrincə, bu cür anomal halın baş verməsinə səbəb quşda genetik formanın pozulması, mayalanmanın qeyri-normal şəraitdə olması ilə əlaqəli ola bilər. Həmçinin burada iqlim dəyişkənliyinin də müəyyən təsiri mümkündür.


Teqlər:  



Xəbər lenti