700 bal toplayan abituriyentləri tanıyın - VİDEO

700 bal toplayan abituriyentləri tanıyın - VİDEO
  18 İyul 2015    Oxunub:8470
Sizi ali məktəbələrə qəbul imtahanında 700 bal toplayan daha 2 vunderkindlə tanış edəcəyik.
Onlar yüksək nəticəni necə əldə etdiklərində `Xəzər Xəbər`ə bölüşüblər.

Nurlan Məcidov gələcəyin həkimi. Həsənli Arzu isə neft-qaz mühəndisi. Onlar əzmlə çalışdılar və arzuladıqları nəticəni göstərdilər. Nurlan gün ərzində nə az nə çox, düz 10 saat dərs üçün vaxt ayırırmış. Nurlan deyir ki, gün ərzində sadəcə 1 saat televizora baxıb. İstirahət vaxtı isə ya musiqiyə qulaq asıb, ya da dostları ilə görüşüb. Maraqlısı budur ki, Nurlanın valideynləri onun az dərs oxumağından gileylənirdilər. Nurlan özünün dərs oxuma metodlarını ali məktəbə hazırlaşanlara da tövsiyyə edir

Arzu isə riyaziyyat və fizika fənnini çox seviyində I ixtisas qrupunu seçib. O, yüksək bal toplamaq üçün demək olar ki, gecə-gündüz dərz oxuyub. Arzu deyir ki, yüksək bal toplamaq üçün ilk olaraq insan qarşısına hədəf qoymaldır. Arzu deyir ki, uğurunun əsas səbəbi imtahanda həyəcanlanmaması olub.




Teqlər:



Xəbər lenti