Balaağayevlərin bayramı qara gəldi

Balaağayevlərin bayramı qara gəldi
  18 İyul 2015    Oxunub:2792
Şəkidə yol qəzası baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev özünə məxsus “VAZ” markalı minik avtomobilini idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində avtomobilin sürücüsü S.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az


Teqlər:  



Xəbər lenti