Ərəbistanda məscidləri partlatmaq istəyən 431 terrorçu tutulub
Məlumata görə, gizli terrorçu şəbəkəsi kamikadzeləri istifadə etməklə müqəddəs Ramazan ayında bir neçə güclü partlayışlar törətməyi planlaşdırıb. Hədəflər sırasında şiələrin kompakt yaşadığı rayonlarda məscidlər və xarici dövlətlərdən birinin səfirliyi olub.
Məlumata görə, terrorçuların saxlanılması ilə bağlı aparılan əməliyyatlar zamanı 37 polis əməkdaşı və mülki şəxslər həlak olub.
Saxlanılanlar arasında qonşu ərəb dövlətlərin vətəndaşlarının da olduğu bildirilir.
Teqlər: