ABŞ kəşfiyyatı interneti izləyir
Bundan əvvəl Guardian və Washington Post qəzetləri yazmışdılar ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu aparıcı internet-şirkətlərin mərkəzi serverlərinə birbaşa daxil ola bilir. Həçm şirktlərin sırasına Microsoft, Yahoo, Google, Facebook, PalTalk, AOL, Skype, YouTube, Apple kimi nəhənglər daxildir.
Bu şirkətlərdən informasiyanın alınması xüsusi hazırlanmış prosedurlar və ehtiyac olanda gizli məhkəmə icazəsi yolu ilə baş verir. Bu yol ilə xarci dövlətlərin də vətəndaşları izlənilir(“RİA Novosti”).
“Guardian” qəzetinin yazdığına görə, ABŞ kəşfiyyatı mobil operatorların xəttlərini də dinləmək imkanına malikdir.
ABŞ-ın bir sıra təşkilatları bunun “insan hüquq və azadlıqlarına misli görünməmiş müdaxilə” olduğunu bəyan ediblər.
AzVision.az