"İranın TANAP da iştirakı mümkündür" - SOCAR prezidenti (Video)

"İranın TANAP da iştirakı mümkündür" - SOCAR prezidenti (Video)
  20 İyul 2015    Oxunub:3513
"Bilirsiniz ki, hazırda Türkiyə TANAP layihəsinin tikinti mərhələsindədi. 2018-ci ilin birinci yarısında bu kəmərlə ilk qazın verilişinə nail olacağıq".
AzVision.az xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev gələcəkdə İran və İraq qazının TANAP-la Avropaya çıxarılmasının mümkün olduğunu vurğulayıb: "TANAP genişlənə bilən boru xəttidir. Bu baxımdan gələcəkdə İranın və İraqın da qazı bu boru xətti ilə daşınıb Avropaya ötürülə bilər".

İranla altılıq ölkələrinin razılığa gəlməsinin bizim üçün çoxlu müsbət əlamətləri var deyən SOCAR prezidentinin sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub:

"Hələ altılıq ölkələrinin razılığa gəlməsindən öncə, yəni ötən ay mənim İrana çox uğurlu səfərim oldu. İranın neft naziri cənab Bijən Namidar Zəncani ilə görüşlərimiz oldu. Birgə işbirliyi haqqında müzakirələr oldu. Artıq bizim bununla bağlı müəyyən layihələrimiz var".

R. Abdullayev eyni zamanda SOCAR-ın Türkiyə bazarında əsas sərmayədar olduğunu deyib:

"Ölkə Prezidentinin başçılığı ilə SOCAR Türkiyədə ən böyük sərmayədardır. Bu niyə də İranda da olmasın? Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır. Düşünürəm ki, biz İran layihələrində aktiv iştirak edəcəyik. Orda həm investisiyaa layihələri həyata keçirməkdə, həm də operatorluq etmək üçün müəyyən layihələrimiz var".




Teqlər:





Xəbər lenti