Kənddə yanğın, tələfat var

Kənddə yanğın, tələfat var
  20 İyul 2015    Oxunub:3395
Göyçay rayonu, Yekəxana kəndində tələfatla nəticələnən yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN mətbuat məırkəzinə istinadən verdiyi məlumata görə, kənd ərazisində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 ton arpa, 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  



Xəbər lenti