Ərdoğan sərt danışdı - VİDEO

Ərdoğan sərt danışdı - VİDEO
  07 İyun 2013    Oxunub:1235
Şimali Afrika səfərindən qayıdan baş nazir dünən gecə saatlarında İstanbula qayıdıb. 10 min nəfərlik izdiham qarşısında çıxış edən Ərdoğan :“Gəzinti parkında 15 ağaca görə iki gəncimiz öldü, bir polisimiz şəhid oldu. Aksiyalar dərhal dayandırılmalıdır”
Qəlb qırmaq tərəfdarı olmadıqlarını deyən Ərdoğan “Bizim dava-dalaşla, savaşla, vandallıqla, vurub dağıtmaqla işimiz olmaz. Biz qurmağı bacarırıq, bu günə qədər də Türkiyəni quraraq, böyüdərək bu günlərə, bu səviyyəyə çatdırmışıq. Bunu yaxşı bilsinlər ki, bu millətin alın tərini onlara yedirtmərik” deyib.

“76 milyon arasında heç zaman ayrıseçkilik etməmişik. Bəziləri mənim 50%-in baş naziri olduğumu deyir, əllərini vicdanlarına qoyub danışsınlar. Biz bu günə qədər 76 milyonun xidmətindəyik demədikmi ?! Türkiyənin Şərqindən Qərbinə hamı üçün heç bir ayrıseçkilik etmədən çalışmadıqmı”,-deyə baş nazir bildirib.

Gəzinti parkı hadisələrini dəyərləndirən Ərdoğanın sözlərinə görə, jurnalistəm, sənətçiyəm, siyasətçiyəm deyib nifrət, ayrıseçkilik, hüquqsuzluq və vandallığı təbliğ edirlər. Demokratik nümayiş imicini itirərək vandallığa və xaosa çevrilən bu aksiyalar dərhal sona çatmalıdır. Səmimi hisslərlə yola çıxıb terror qruplaşmalarının əlində alətə çevrilən vətəndaşlarımız gedən oyunları görüb uzaqlaşmalıdır. Nə etsək demokratiya və hüquqla edəcəyik və heç kimin bu ölkədə qeyri-qanuni yollarla hərəkət etməsinə, demokratiyanı qəsb etməsinə, vandallıqla ətrafı dağıtmasına, şəhərlərə, ictimai əmlaka zərər verməsinə göz yuma bilmərik”.

Baş nazir çıxışını “Siz küçələrdə, əlində qazan və tavalarla deyil, əlində kompyüteri ilə gəzən gənclik olacaqsınız. Böyük Türkiyənin böyük gəncləri kimi ölkəmizin nüfuzu üçün çalışacaqsınız. Siz məzlumların, Yaxın Şərqin, balkanların, Afrikanın örnək gənclərisiniz. Böyük düşünməli, böyük addımlar atmalı və böyük hədəflərə doğru can atmalısınız. Heç kimə alət olmayacaq, aldanmayacaq, aldatmayacaqsınız. Sizin simanızda bütün Türk gənclərini bağrıma basıram. Əmin olun ki, Türkiyənin yüksəlişinə Allahdan başqa heç bir qüvvə mane ola bilməz” sözləri ilə tamamlayıb.





Teqlər:  





Xəbər lenti