Şeyx Tacikistana gedir

Şeyx Tacikistana gedir
  20 İyul 2015    Oxunub:3041
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.
Bu barədə AzVision.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd 22-23 iyulda Düşənbədə keçiriləcək “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.


Teqlər:



Xəbər lenti