Nazirlik hüquq-mühafizə orqanlarına 10 iş göndərib

Nazirlik hüquq-mühafizə orqanlarına 10 iş göndərib
  07 İyun 2013    Oxunub:1180
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə 1 iş göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 2013-cü ilin 16-31may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 49 iş üzrə 195400 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 1555,89 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 114 iş üzrə 24692,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə 1 iş göndərilib.


Teqlər:  





Xəbər lenti