Qaradağda yanğın olub

Qaradağda yanğın olub
  20 İyul 2015    Oxunub:2942
Qaradağ rayonu ərazisində kafe yanıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 600 kv.m olan “DƏNİZ” kafesinin yanar konstruksiyaları və əşyaları 170 kv.m sahədə (zal, 3 köməkçi otaq və dam örtüyü) yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti