İlham Əliyevdən Belçika kralına təbrik

İlham Əliyevdən Belçika kralına təbrik
  20 İyul 2015    Oxunub:2655
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:

`Əlahəzrət,
Belçikanın milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram`.

AzVision.az


Teqlər:



Xəbər lenti