Rusiya yeni RLS inşa etdi

Rusiya yeni RLS inşa etdi
  07 İyun 2013    Oxunub:1578
Rusiya hökumətinin inşa etdiyi yeni nəsil Radiolakasiya Stansiyası Krasnodar vilayətində fəaliyyət göstərəcək.
Bu stansiya ölkənin cənub-qərb və cənub-şərq ərazilərinə fasiləsiz olaraq nəzarət edəcək. Nəhəng tikili 2006-cı ildə Rusiya prezidentinin silahlanmaya aid dövlət proqramının təsdiqləməsindən sonra inşa edilməyə başlayıb. Məqsəd Azərbaycandakı Qəbələ RLS və Rusiyanın Ukraynada icarəyə götürdüyü stansiyalardan itirilmiş informasiyaları kompensasiya etməkdir.

"Voronej-DM" adlanan bu stansiya ballistik, aerodinamk və kosmik hədəfləri aşkar etmək, müşahidə etmək və təsnifləşdirmək gücünə malikdir. Stansiya 8 kilometr məsafəni və 6 kilometr hündürlüyü görə bilir. Bu kimi RLS-lər Leninqrad, Kalininqrad və İrkuts vilayətlərində də inşa edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti