Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi

Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi
  21 İyul 2015    Oxunub:2640
Bəzi yerli elektron kütləvi informasiya vasitələri xarici mediaya istinadən guya Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin NATO-nun Ukrayna ərazisində keçirdiyi təlimlərdə iştirak etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvəllərinin bu təlimlərdə iştirakı əvvəlcədən planlaşdırılmayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri heç bir qismdə nə iştirakçı, nə də müşahidəçi kimi bu təlimlərdə iştirak etmirlər.

Qeyd edək ki, bəzi elektron kütləvi informasiya vasitələrində guya Azərbaycan hərbçilərinin NATO-nun Ukraynanın Lvov vilayətində keçirilən “Saber Guardian/Rapid Trident-2015” təlimlərində iştirak etdiyi barədə xəbərlər yayılmışdı.


Teqlər:



Xəbər lenti