Cəbhədə monitorinq keçiriləcək

Cəbhədə monitorinq keçiriləcək
  21 İyul 2015    Oxunub:1784
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti