Göygöldə iki polisi döydülər

Göygöldə iki polisi döydülər
  21 İyul 2015    Oxunub:2607
Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.
Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)


Teqlər:  



Xəbər lenti