Bir sinifdən 3 məzun 700 bal topladı
I qrupa imtahan vermiş və eyni sinifdə təhsil almış 3 məzun (Nərmin Əliyeva, Firuz Abduyev və Teymur İsmixanov) 700 bal toplayaraq, təhsil üzrə tarixi rekorda imza atıblar.Həmin sinifin məzunları Fərid Çələbi və Zümrüd Şükürlü 695 bal toplayaraq ölkə ikincisi olublar.
Ümumilikdə, I qrupdan imtahan verən 36 məzundan 24-ü ( 67% ), IV qrupdan imtahan verən 32 məzundan isə 24 nəfəri ( 75% ) 600-dən çox bal toplayıb.
600-dən yuxarı bal toplayan 48 məzundan 30 nəfəri ( 63% ) 650-dən çox bal toplayıb.
Liseyin direktoru Kadir Bektaşoğlu rekord nəticə göstərən məzunları təbrik edib, onların valideynlərinə, müəllim kollektivinə, həmçinin tədris prosesində əməyi keçən hər kəsə təşəkkür edib.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


