IDEA növbəti təlim keçirib
Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. “Kiçik ekoloqlar”, həmçinin suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları ilə də tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, şüşə su qabının içərisində meduza, fincanın içərisində göy qurşağı və lava lampası hazırlamağı, təlimçilərin köməyilə öz su aləmlərini yaratmağı öyrəniblər. Sonra “Eko laboratoriya”nın iştirakçıları sabun köpükləri düzəldərək açıq havada əyləncəli gün keçiriblər.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca yeddinci təlim olan İyul laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələrinə yardım edib.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.
Teqlər: