AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində paylaşıb.
Görüşdə mətbuatın hazırki durumu və gələcək perspektivləri müzakirə olunur. Eyni zamanda prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə təltif olunan şəxslərə mükafatlarını təqdim edib.
Hazırda görüş davam edir.
**
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 140 ili münasibəti ilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşü yekunlaşıb. Görüşdə Mətbuat Şurasının fəaliyyəti və mediada olan qeyri-peşəkarlıq meylləri müzakirə olunub.
Prezident İlham Əliyev çıxış edərək Azərbaycan mediasının fəaliyyəti barədə danışıb. Sonra Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə III dərəcəli “Vətənə xidmətə görə” ordenini, MŞ İdarə Heyətinin digər üzvləri - Rauf Arifoğlu və Azər Həsrətə isə “Əməkdar jurnalist” vəsiqəsi və medalını təqdim edib.









Vaxtında, Aydın, Lazımlı!


