Narahat olmayın: pulunuz qaytarılacaq
“Sığorta hadisəsi o zaman baş verir ki, bankın passivləri və ya öhdəlikləri onun aktivlərindən çox olsun və əmanətləri geri qaytarmaq mümkün olmasın. Adıçəkilən bankda 1.4 milyon manat sığortalanan əmanət var və əgər bank öz öhədliklərini yerinə yetirə bilməsəydi o zaman fond həmin vəsaiti ödəyəcəkdi. Azərbaycan Kredit Bankının nümunəsində isə aktivlərin həcmi çox olduğundan 3,4 milyon manatlıq ümumi əmanət, o cümlədən sığortalanmayan depozitlər də tam geri qaytarılacaq.
Deməli, bütün əmanətlər geri qaytarılırsa o zaman fondun müdaxiləsinə niyə ehtiyac olsun? Təbii ki, belə olan halda fondun müdaxiləsinə hər hansı ehtiyac qalmır. Bu baxımdan, fondun son açıqlaması heç də o anlama gəlməməlidir ki, sözügedən bankın öhdəlikləri aktivlərindən çox olsaydı, sığortalanan əmanətlər geri qaytarılmayacaqdı. Təbii ki, qaytarılacaqdı. Ona görə də, digər banklarda sığortalınan əmanətləri olan əmanətçilərin narahat olmasına əsas yoxdur. Bu sığortalanma sisteminə inamı heç bir halda sarsıtmamalıdır. Sığorta hadisəsi baş verən bütün hallarda sığortalanan əmanətlər geri qaytarılacaq”-deyə ekspert vurğulayıb.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


