Hava küləkli olacaq

Hava küləkli olacaq
  21 İyul 2015    Oxunub:2120
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə isə iyulun 22-23-də Abşeron yarımadasında havanın temperaturunun iqlim normasına yaxın tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti