6 Gürcüstan hərbçisi öldürüldü

6 Gürcüstan hərbçisi öldürüldü
  07 İyun 2013    Oxunub:1293
Əfqanıstanın Helmand vilayətində NATO sülhməramlılarına qarşı terror aktı həyata keçirilib.
Nəticədə 6 Gürcüstan hərbçisi həlak olub. Məlumatı Əfqanıstandakı NATO komandanlığı da təsdiqləyib. Partlayışı kamikadze həyata keçirib. Onlar bomba yüklü avtomobillə gürcülərin olduğu əraziyə yaxınlaşdıqdan sonra avtomobili havaya uçurub.

Artıq bununla əlaqədar olaraq Gürcüstanda matəm elan olunub. Prezident Mixeil Saakaşvili xalqa və həlak olanların ailələrinə baş sağlığı verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti