`Eldəniz Quliyev küçə adamıdır` - Niyaməddin Orduxanlı

`Eldəniz Quliyev küçə adamıdır` - Niyaməddin Orduxanlı
  21 İyul 2015    Oxunub:2724
Milli Şuranın üzvü, `EL` hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev facebook-da BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə bağlı yazdığı status qarşı tərəfin də sərt reaksıyasına səbəb olub.

- Eldəniz Quliyevin naturasında gədəlik var. Bu adamların adi təribiyələri belə yoxdur. Olmayan tərbiyələri ilə ziyalılıqdan, demokratıyadan danışırlar. Görünür, mənim Cəmil Həsənlinin Milli Lider Heydər Əliyevlə indiki prezident İlham Əliyev haqqında yazdığı tərifləri facebook-da yaymağım onları ciddi narahat edib. Və bu küçə adamı olan Eldəniz Quliyevi qabağa veriblər. Bilirsiniz ki, məhkəmənin qərarı ilə Eldəniz Quliyev bir neçə gün küçə süpürməlidir və hər gün də gedib şəhərin mərkəzi küçələrini süpürür. Yəqin, küçə süpürən zamanı zibillikdə itlərlə çox ünsüyyətdə olur. Ona görə də normal cavab vermək əvəzinə bu cür danışır. Bu günə kimi heç kim deyə bilməz ki, mən kimisə təhqir etmişəm. Yalnız faktlar gətirmişəm. İnsanı təhqir etmək acız və axmaq adamların işidir. Cəmil Həsənli də Əli Kərimli də fakta cavab vermək əvəzinə həmişə təhqirə əl atırlar,- deyə Orduxanlı bildirib.


Teqlər:





Xəbər lenti